Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda biznes qurarkan hansı risklər nəzər alınmalıdır?

Azərbaycanda biznes qurarkan hansı risklər nəzər alınmalıdır?
Sakura

Azərbaycanda biznes qurarkan hansı risklər nəzər alınmalıdır?

Fins.az Azərbaycan üçün spesifik olan biznes risklərini araşdırıb.Ölkəmizdə iqtisadi proselərin  formalşadırlması zamanı yanan spesifiq xüsusiyyətlərdən biri də risklərdir . Biznes qurabn hər bir şəxs risklər barədə də araşdırma apararaq məlumatlı olmağa üstünlük verir. Azərbaycan üçün spesifik olan biznes riskləri barədə ətraflı məlumat verən "Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru  Rəşad Həsənov bildirb ki, Biznes riski dedikdə, şirkətlərin mənfəətinin proqnozlaşdırılandan daha az olması və ya zərərlə üzləşməsi ehtimalı başa düşülür.İqtisadi ədəbiyyatda biznes riskləri kimi daha çox maliyyə riski, likvidlik riski, sistemli risk, valyuta riski və ölkəyə xas risklər fərqləndirilir. Azərbaycan iqtisadiyyatına xas olan bəzi biznes risklərini nəzərdən keçilərkən Neft qiymətlərinin volatilliyi, protsiklik fiskal siyasət, iqtisadiyyatın və büdcə daxilolmalarının qiymət konyukturdan asılı olması iqtisadi qeyri-müəyyənliyi artırır ki, bu da Azərbaycanda biznes və investisiya mühitinə mənfi təsir edən, riskləri artıran əsas amillərdən biri kimi qymətləndirilməlidir . Bir çox digər təbii resurslarla zəngin ölkələrdə olduğu kimi, Azərbaycanda da son illər neft-qaz sektoru ixracın, valyuta daxilolmalarının və dövlət büdcəsi gəlirlərinin əsas mənbəyi olmaqla iqtisadi artımın və iqtisadi fəallığın başlıca determinantı kimi çıxış etmişdir. 2006-cı ildən başlayaraq artan neft gəlirləri dövlət xərclərini əhəmiyyətli dərəcədə artırmağa şərait yaratmış və dövlət investisiyaları vasitəsilə bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə və iqtisadi artım tempinin sürətlənməsinə səbəb olmuşdur.Ümumiyyətlə, iqtisadiyyatının əsasını təbii ehtiyatların istehsalı və ixracı təşkil edən ölkələrdə təbii sərvətlərdən əldə olunan gəlirlərin məhdudluğu, qeyri-müəyyənliyi və volatilliyi fiskal idarəetmə və büdcə planlaşdırmasını çətinləşdirir. Təbii ehtiyatların qiymətlərinin volatilliyi iqtisadiyyatın və büdcə daxilolmalarının qiymət konyukturdan asılı olmasına səbəb olur ki, bu da büdcə xərclərinin səviyyəsi və strukturu üçün qeyri-müəyyənliklər yaradır. Büdcə xərclərində yarana biləcək dövrülük də öz növbəsində iqtisadi artımın dayanıqlığı üçün, həmçinin özəl sektorda uzunmüddətli investisiya planlarının hazırlanması və qərarların qəbul edilməsində çətinliklər yaradır. Bundan əlavə resurs qiymətlərinin uzunmüddətli tarazlığına nail olmağın və qiymət tərəddüdlərinin müvəqqəti və ya daimi olduğunu proqnozlaşdırmağın çətinliyi də təbii sərvətlərdən əldə olunan gəlirlərin qeyri-müəyyənliyini və volatilliyini şərtləndirir. Bu baxımdan da 2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi bir sıra digər neft ixrac edən ölkələrdə olduğu kimi, Azərbaycanda da valyuta gəlirlərinin və tədiyyə balansının profisitinin əhəmiyyətli azalmasına gətirib çıxarmışdır. Valyuta daxilolmalarının və büdcə gəlirlərinin azalması da öz növbəsində büdcə xərclərinin və investisiyaların azalmasına və iqtisadi artım tempinin zəifləməsinə səbəb olmuş, iqtisadi fəallığın azalmasına səbəb olmuşdur. Xüsusilə də büdcə gəlirlərinin formalaşmasında xarici amillər əhəmiyyətli rol oynadıqda, büdcə sisteminin həssaslığı daha da yüksəlir. Bu nöqteyi-nəzərdən neft bazarındakı volatilliyə adekvat olaraq büdcə xərcləmələrinin dinamikasında müşahidə olunan kəskin dəyişikliklər heç şübhəsiz ölkədə biznes mühitinə təsir edir.Qeyd olunmalıdır ki, iqtisadiyyatın neftdən asılılığının azaldılması, o cümlədən fiskal qaydaların tətbiqi ilə fiskal siyasətin protsikilliyinin azaldılması və bununla da ölkədə makroqtisadi sabitliyin və maliyyə dayanıqlığının artırılması istiqamətində görülən tədbirlər ölkədə sahibkarlıq fəaliyyəti üçün yarana biləcək risklərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaqdır.Azərbaycanda sahibkarlığın inkişafına təsir edən və risk yaradan digər amil kimi maliyyə resurslarına çıxış imkanlarının məhdudluğunu qeyd etmək olar. Kreditlər üzrə faiz dərəcələrinin yüksək olması biznesə, xüsusən də kiçik və orta sahibkarların kredit resurslarına əlçatanlığını azaldan amillərdəndir. Yüksək neft gəlirləri dövründə kredit faizlərinin yüksək olması ciddi fəsadlar törətməsə də, iqtisadi aktivliyin azaldığı və milli valyutanın qeyri-sabitliyi dövründə pul resurslarının baha olması sahibkarlığa ağır zərbə vurur. Maliyyə bazarlarının liberallaşdırılması, Ümumdünya Ticarət Təşkilatına üzvlük nəticəsində xarici bankların daxili bazara girişinin liberallaşdırılması sahibkarların ucuz kredit resurslarına çıxışını asanlaşdırmaqla, ölkədə biznesin inkişafını stimullaşdıra bilər.Həmçinin qeyd olunmalıdır ki, əsas ticarət partnyoru olan ölkələrdə makroiqtisadi vəziyyət və tendensiyalar da sahibkarlığın inkişafına risk yaradan amillərdəndir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR