Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda bitən bu bitkinin Avropada 1 kilosu 200 avroya satılır

Azərbaycanda bitən bu bitkinin Avropada 1 kilosu 200 avroya satılır
Sakura

Azərbaycanda bitən bu bitkinin Avropada 1 kilosu 200 avroya satılır

Görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı 20-30manata satılır. Söhbət dombalan kimi tanınan göbələkdən gedir. Bu bitki heç bir qulluq tələb etmir, təbii şəraitdə yetişir. Yaz yağışı isə ona can verir. Goranboyda torpağın müəyyən dərinliyində yetişən tryufel bitkisinin yığımı aparılır.

Yaz yağışlarının ardından torpağı şişirdib yetişdiyinə işarə verir. Elə buna da görədə ona el arasında dombalan da deyilir.

Təbii şəaritdə yetişən bitki, Goranboyda əsasəndaş- kəsəkli ərazilərdə bitir. Ötən ilə nisbətən bu il tryufel bitkisini tapmaq o qədərdə asan deyil. Yerli sakinlər bildirir ki, daha çox yazda yağışdan sonra bitən dombalan bu il quraqlıq olduğuna görə az-az gözə dəyir. Göbələyin bir növü olan bitkini yerli sakinlər əsasən səhər saatlarında əllə toplayır.

Şəkər, qan damar xəstəliklərinin dərmanı hesab edilən bubitki vitaminlərlə zəngindir. Elə bu səbəbdən tryufelin qiymətidə yüksəkdir. Yerli sakinlər ilk vaxtlar truyfelin 1 kiloqramnı 10, mayın sonlarında isə 25-30 manata satdıqlarını deyirlər. Göbələkdən çox qırmızı dağ kartofuna bənzəyən bitkidən dadlı yeməklər hazırlanır.

Avropa ölkələrində isə bu göbələyin kiloqramı 200-300 avrodan təklif edilir. Dombalanın ölkəmizdə havalar yağışlı keçərsə mayın sonuna qədər yığımı mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR