Dərc edildi: Baxış sayı: 973
Azərbaycanda bir gündə yeddi nəfər koronavirusdan öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 419 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 617 nəfər müalicə olunaraq sağalıb, 4 903 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 5 203 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 004, bu günə qədər isə ümumilikdə 3 503 639 test icra olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət