Azərbaycanda beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlıq keçməsinə dair…
Azərbaycanda beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlıq keçməsinə dair sənəd veriləcək.
APA-nın məlumatına görə, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik təklif edilir.
Belə ki, qanun layihəsinin 50.5-ci bəndi yeni redaksiyada verilir: “Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir”.
Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.
Qanun layihəsinə dəyişikliklər birinci oxunuşda Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 27- i və 28-i keçiriləcək plenar iclaslarında müzakirə ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət