Dərc edildi: Baxış sayı: 422
Azərbaycanda baş həkim işdən çıxarıldı
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-dən tutduğu vəzifədən azad edilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib.
Hazırda 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət