Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1,8 milyona çatıb

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1,8 milyona çatıb
Sakura

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1,8 milyona çatıb

Bu il noyabr ayının 1-nə Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1 milyon 790,8 minə çatıb.

"Report"un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə, 4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Məlumatda deyilir ki, Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb.

Həmçinin qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid artaraq 889 mindən çox olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR