Azərbaycanda avtomobillərin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz olacaq
Azərbaycanda avtomobillərin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz olacaq.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-1-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ümumi müddəalar) əksini tapıb.
Yeni maddəyə əsasən utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçiriləcək.
Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət