Azərbaycanda avtomobillərin utilizasiya proqramının hazırlanmasına başlanır
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanmasına başlanır.
APA-nın məlumatına görə, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün elan etdiyi tenderin qalibi "Eko Enerji" MMC olub.
Bağlanmış müqaviləyə əsasən, "Təmiz Şəhər" ASC yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dovriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün "Eko Enerji" MMC-yə 47 min 508 manat ödəyəcək.
"Təmiz Şəhər" ASC səhmlərinin saxlanması və ya idarə olunması İqtisadiyyat Nazirliyinə həvalə olunmuş hüquqi şəxslər sırasında yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət