Dərc edildi: Baxış sayı: 235
Azərbaycanda avtomobillə yüklərin daşınması qaydasının pozulmasına görə cərimə ikiqat artırılır
Azərbaycanda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulmasına görə cərimə məbləği artırılır.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Hazırda isə həmin cərimənin məbləği 20 manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət