Azərbaycanda avtomobil benzininin istehsalı yaxın saatlarda bərpa olunacaq
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qurğusunun təmiri bu gün ərzində başa çatacaq.
Bu barədə özəl olaraq Trend-ə zavoddan məlumat verilib.
Qeyd olunur ki, qurğunun təmiri artıq son mərhələdədir: “Təmir işlərinin başa çatması və katalitik-krekinq qurğusunun bu gün işə salınması haqqında əmr verilib”.
“Təmir zamanı Azərbaycana benzin idxal olunmayıb. Əhalənin təminatı zavoddakı təxminən 80 min ton həcmində qalıq ehtiyat hesabına təmin olunub”.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza ilə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulmuşdu. Eləcə də Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılmışdı.
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət