Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda avtomobil benzini istehsalı 4% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 4% artıb
Sakura

Azərbaycanda avtomobil benzini istehsalı 4% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 408,3 mln. manat olub.

Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5% çoxdur.

İlin 9 ayı ərzində ölkədə 906,3 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3,7% çoxdur. Bu il oktyabrın 1-i tarixinə ölkədə 36,2 min ton avtomobil benzini ehtiyatı olub.

Yanvar-sentyabr ayları ərzində neft məhsullarından yalnız yanacaq mazutunun istehsalı azalıb, digər məhsulların istehsalında isə artım qeydə alınıb. Belə ki, doqquz ay ərzində 61,2 min ton yanacaq mazutu istehsal edilib ki, bu məhsulun istehsalında 76,3% azalma olub.

Digər neft məhsullarına gəlincə, hesabat dövründə 1 517,9 min ton dizel yanacağı, 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 469,1 min ton ağ neft, 108,5 min ton sürtkü yağları, 219,2 min ton neft bitumu, 195,9 min ton neft koksu istehsal edilib.

Dizel yanacağının istehsalı 11,4%, neft-kimya sənayesində istifadə üçün benzin istrehsalı 29,4%, ağ neftin istehsalı 5,3%, sürtkü yağlarının istehsalı 4,5 dəfə, neft bitumunun istehsalı 38,1%, neft koksunun istehsalı isə 28,5% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR