Dərc edildi: Baxış sayı: 507
Azərbaycanda "ASAN Assosiasiya" yaradılacaq
Bu ilin dekabr ayının sonunda Bakıda "ASAN Assosiasiyası"nın yaradılması ilə bağlı beynəlxalq tədbir keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov bildirib.

C.Salmanov xatırladıb ki, iyunda BMT-nin təşkilatçılığı ilə dövlət xidmətlərinə dair beynəlxalq forumu keçirilib və həmin forumda “ASAN Assosiasiya”nın yaradılması ilə bağlı niyyət protokolu imzalanıb:
"Dekabrın 20-30-u arasında isə həmin assosiasiyanın rəsmi təməlqoyma mərasimi olacaq. Assosiasiyaya 8 dövlət qoşulacaq. Həmçinin bir neçə dövlət də qoşulmaq üçün təşəbbüslə çıxış edib. Bu dövlətlər arasında Türkiyə, Əfqanıstan, Mərakeş, İndoneziya, BƏƏ, Mərakeş, Monteneqro var. Növbəti mərhələdə isə “ASAN Xidmət”in digər ölkələrdə tətbiqi ilə bağlı mexanizm yaradılacaq. 10-dan artıq dövlətlə "Asan Xidmət" modelinin tətbiqi ilə bağlı memorandumumuz var. Onlar bu konsepsiyanı həyata keçirmək istəyirlər. Həmin dövlətlərdə texniki-iqtisadi əsaslandırma ilə bağlı səfərlər etmişik və biz istərdik ki, həmin ölkələrdə maliyyə məsələləri də həll olunsun ki, "Asan xidmət" modeli sürətlə tətbiq olunsun".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət