Dərc edildi: Baxış sayı: 294
Azərbaycanda aqrar sektor 4%-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 774,4 mln. manat təşkil edib ki, onun da 2387,6 mln. manatı heyvandarlıq, 2386,8 mln. manatı isə bitkiçilik məhsullarının payına düşürb
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə aqrar sektor 4,2% böyüyüb. O cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı üzrə isə 5,8% artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət