Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda alternativ üsulla qablaşdırma tətbiq ediləcək

Azərbaycanda alternativ üsulla qablaşdırma tətbiq ediləcək
Sakura

Azərbaycanda alternativ üsulla qablaşdırma tətbiq ediləcək

“Dünyada bərk məişət tullantılarının tərkibində plastik tullantıların xüsusi çəkisi artmaqdadır”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Falcons Summit Balu 2019" konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

"Əgər 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların xüsusi çəkisi 1% idisə, hazırda bu rəqəm 12%-dir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri plastik tulantıların təbiətdə min illər ərzində parçalanmadan ilbəil artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə edilmədikdə ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına mane olur”, - o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, 2019-2021-ci illərdə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan Tədbirlər Planında alternativ üsulla qablaşdırmanın tətbiqi nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR