Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq
Sakura

Bu gün Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilir

Bu gün Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilir.

Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən komitənin sədri İsa Həbibbəyli bildirib ki, ötən sessiyada 7 iclas keçirilib və gündəliyə 12 məsələ daxil edilib. Payız sessiyasında “Elm haqqında”, “Ümumi təhsil haqqında”, “Təhsil haqqında” qanun layihələrinin müzakirəsi keçirilib. Hesabat dövründə komitəyə daxil olan sənədlərin qeydiyyat kitabında 149 müraciət qeydə alınıb. Bunlardan 137 müraciətlə əlaqədar müxtəlif qurumlara 102 məktub göndərilib.

Müraciətlərin təhlili göstərilir ki, burada əsas məsələlər dərs yükünün və əmək haqqının artırılması, həmçinin işlə təmin olunma məsələlələri, tələbələrin ödənişli təhsil problemi, bir sıra vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərdir. 2019- cu ilin yaz sessiyası üçün iş planı isə “Ümumi təhsil haqqında”qanun layihəsinin plenar iclaslarda oxunması və “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır. Bunun üçün İşçi Qrup yaradılacaq, materiallar toplanılacaq.

İsa Həbibbəyli həmçinin qeyd edib ki, təhsil proqramlarının sadələşdirilməsi məsələsi aktualdır:

"Bu istiqamətdə hazırda Təhsil Nazirliyi tərəfindən iş aparılır. Bildiyimə görə, ilkin mərhələ artıq başa çatmaq üzrədir.

Müstəqilliyin əldə edildiyi illərdə səmimi etiraf etmək lazımdır ki, bu sahədə müəyyən nöqsanlara yol verilib. Bu gün dərsliklərdəki mürəkkəb texnologiyanın, şagirdlərin dünyagörüşünə uyğun gəlməyən formullar sadələşdirilməlidir. Bunu valideynlər də belə istəyir. Təhsil Nazirliyi də bu isiqamətdə iş aparır. Bildiyimə görə, ilkin mərhələdə bu proses başa çatmaq üzrədir. Biz bu məsələni Təhsil Nazilriyi ilə birgə parlamentdə müzakirə etmək istəyirik. Çünki biz ancaq bu istiqamətdə nazirliyin işinə töhvə verə bilərik”.

İ. Həbibbəyli həmçinin qeyd edib ki, təhsildə ödəniş qiymətlərinin tənzimlənməsi məsələsi əmək bazarının təlabatına uyğun olaraq tələb və təklif əsasnda sərbəst qaydada müəyyən olunmalıdır. Ancaq müəyyən tənzimləyici orqana ehtiyac var. Çünki bəzi şişirtmələr mövcuddur. Yeni bəndin salınmasını təklif edirəm. Belə ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üzrə müvafiq nəzarəti həyata keçirə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR