Dərc edildi: Baxış sayı: 778
Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlanılacaq
Dövlət Gömrük Komitəsi hazırladığı “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Komitənin sədr müavini İqbal Babayev məlumat verib.
“Bu layihə sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin yaradılmasını nəzərdə tutur. Azərbaycandan maşınla xaricə istirahətə gedən şəxslər sərhədə çatmamış, onlayn rejimdə növbə götürə biləcəklər və onların sərhəddən keçidi təmin ediləcək", - İ.Babayev bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət