Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ad-soyad dəyişimi - prosedur necədir?

Azərbaycanda ad-soyad dəyişimi - prosedur necədir?
Sakura

Azərbaycanda ad-soyad dəyişimi - prosedur necədir?

Ad, soyad və ata adının dəyişdirilməsi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiqlənmiş qayadalara əsasən həyata keçirilir. Qaydalara əsasən 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün rayon və şəhər qeydiyyat şöbələrinə və ya "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilər.

Daha sonra qeydiyyat şöbəsi tərəfindən müvafiq qurumlara sorğular göndərilir. Ad-soyadın dəyişdirilməsinə mane olacaq hər hansı bir hal aşkarlanmadıqda bununla bağlı rəy tərtib olunur və vətəndaşa ad və ya soyadın dəyişdirilməsi ilə bağlı şəhadətnamə təqdim olunur.

1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfovanın sözlərinə görə, ata adının dəyişdirilməsi proseduru da ad-soyadın dəyişdirilməsi ilə eynidir. Yeganə fərq adı qeyd ediləcək atanın da prosesdə iştirak etməsidir.

Ata öz adını dəyişdirdikdə, onun yetkinlik yaşına çatmayan uşaqlarının sənədlərində də ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adının dəyişdirlməsi isə yalnız özləri müraciət etdikdə həyata keçirilir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR