Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda açıq məkanda reklam yerləşdirmək üçün dövlət rüsumları konkretləşir

Azərbaycanda açıq məkanda reklam yerləşdirmək üçün dövlət rüsumları konkretləşir
Sakura

Azərbaycanda açıq məkanda reklam yerləşdirmək üçün dövlət rüsumları konkretləşir

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun məbləği reklamın formasından və ölçüsündən aslı olaraq dəyişəcək.

“"Ens.az" “Rhttps://report.az/maliyye-xeberleri/azerbaycanda-aciq-mekanda-reklam-yerlesdirmek-ucun-dovlet-rusumlari-konkretlesir/eport”a istinadla  xəbər verir ki,bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, sözügedən məbləğ 5 - 100 manat arasında dəyişir. Təklif olunan variantda isə dövlət rüsumları aşağıdakı kimidir:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

33-1.1. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) – 1 kvadratmetr üçün

100 manat

33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) :

 

33-1.2.1. 20 kvadratmetrədək olduqda

hər kvadratmetrinə görə 50 manat

33-1.2.2. 50 kvadratmetrədək olduqda

1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat

33-1.2.3. 100 kvadratmetrədək olduqda

1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat

33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda

1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat

33-1.3. Təsvirin dinamik dəyişdiyi daşıyıcılar

(1 kvadratmetr üçün):

 

33-1.3.1. roller

40 manat

33-1.3.2. prizmatron və s.

17 manat

33-1.4. Hərəkətsiz daşıyıcılar (1 kvadratmetr üçün):

 

33-1.4.1. transparant, körpüüstü reklam

20 manat

33-1.4.2. ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending)

17 manat

33-1.4.3. bilbord, meqabord

15 manat

33-1.4.4. kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (bu Qanunun 33-1.4.1- 33-1.4.3-cü maddələrində nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)

10 manat

Bundan başqa, qanun layihəsində deyilir ki, dövlət rüsumunun məbləğləri 1 il müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müəyyən edilir. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhəri üzrə - 1;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;

- digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.

- Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir.

- Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir.

 

- Müvəqqəti xarakter daşıyan reklama verilmiş icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə müvafiq əmsal tətbiq olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR