Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda 900 şagirdə açıq havada dərs keçilir

Azərbaycanda 900 şagirdə açıq havada dərs keçilir
Sakura

Nadir İsrafilov: “Bu hadisəyə səbəb olanlar mütləq cəzalandırılmalıdır”

Nadir İsrafilov: “Bu hadisəyə səbəb olanlar mütləq cəzalandırılmalıdır”

“Bu məsələ mütəq ictimailəşdirilməlidir ki, digərlərinə də dərs olsun”

Bir neçə gün öncə Salyan rayonunun Kürsəngi kəndində orta məktəbdə təmir işləri getdiyi və sonradan təmir dayandığı üçün məktəbin təxminən 900 nəfərlik şagird heyətinin açıq havada dərs keçməsi ilə bağlı yazmışdıq. Kənd sakinləri tərəfindən şagirdlərın açıq havada dərs keçmələri videoya çəkilmişdi. Acığı, soyuq noyabr günlərində kənd evlərinin həyətlərində şagirdlərə dəsr keçirilməsi acı təəssüf doğurmuşdu. Çünki indi istilik olmadan heç evlərdə belə əyləşmək mümkün deyil. Yeniyetmə uşaqlara çöldə necə dərs keçirilə bilər? Ancaq kənd sakinlərinin dediklərinə görə, artıq Hurriyyet.org saytında gedən informasiyadan sonra məktəbdə təmir işləri gedir, dekabrın 20-də məktəb təhvil veriləcək.

Adıkeçən kəndin orta məktəbində təmir işlərinin bərpasına sevinsək də, bütün hallarda ilin soyuq aylarında məktəbdə təmir aparılması özü anormallıqdır. Çünki təmir işləri tədris ili başlamazdan öncə yekunlaşmalıydı. Məktəb başlayandan ilin axırına kimi normal tədris mühiti olmayan məktəbdən normal təhsil də gözləmək olmaz. Normal təhsil öz yerində, indiyə kimi soyuq havada dərs alan uşaqların xəstəliklərə tutulması da şübhəsizdir. Görəsən, bunun məsuliyyətini kimlər çəkəcək?

“Açıq havada dərs keçmək xoşagələn hadisə deyil”

Картинки по запросу Nadir İsrafilov

Kürsəngi kəndində orta məkəbdə təmir işləri getdiyi üçün məktəbin təxminən 900 nəfərlik şagird heyətinin açıq havada dərs keçməsi ilə bağlı “Hürriyyət”ə danışan təhsil eksperti dedi ki, belə hallar mövcuddur: “Baxmayaraq ki, indi respublikada bu istiqamətdə xeyli işlər gedir, xüsusilə modul, rahat açılıb-quraşdırılan məktəblərin tikintisi gedir. Resbublikada 4500-dən artıq məktəb var. Nə qədər məktəb son illərdə əsaslı təmir olnub, əlavə tədris korpusları tikilib. Şübhəsiz ki, bu istiqamətdə işlər gedir. Burada əsas problemlərdən biri ondan ibarətdir ki, Qarabağ məsələsi ortalığa düşdü. Ölkəmizin 20 faizi işğal altındadır, o məktəblərin hamısı Azərbyacan Respublikasının ərazisində yerləşdirlib, şəhər və rayon məktəblərində onlara yer verilib. Düzdür, mətbuatda “vaqon məktəblər”, “açıq məktəblər” var, yazırlar. Yəni deməyim odur ki, bu kimi problemlər birdən-birə həll olunan məsələ deyil. İndi dövlət təhsilə kifaəyət qədər vəsait ayırır, bu il ayrılan vəsait 2 milyardı keçib. Amma bununla belə, əlbəttə ki, problemlər çoxdur. Yenə deyirəm ki, bunu əsas səbəbi Qarabağ məsələsidir. Çünki köçkünlərin yerləşdirilməsi əlavə tikintiyə ehtiyac yaratdı. Hesab edirəm ki, təhsilə dair dövlət strategiyasında da, digər qanunvericilk aktlarında da o məktəblərin maddi-texniki bazasının infrastrukturunun yenilənməsi, məktəb şəbəkəsinin genişləndirilməsi məsələləri diqqət mərkəzindədir. Əlbəttə ki, açıq havada dərs keçmək xoşagələn hadisə deyil. Amma bu istiqamətdə işlər gedir”.

“Təmir işləri elə bir rejimdə aparılmalıdır ki, tədrisə təsir göstərməsin”

“Qarabağ problemi olsa da, doğru deyil ki, noyabr ayında təmir işləri arapılsın. Təmiri yayda, tətil vaxtı görə bilərdilər ki, tədirs ili başlayanda uşaqlar problem yaşamasınlar”, - dedikdə N. İsrafilov belə cavab verdi: “Burada söhbət təkcə məktəbin təmirindən getmir. Əlbəttə, təmir işləri elə bir rejimdə aparılmalıdır ki, tədrisə təsir göstərməsin. Bu saat bizim bu problemlərimiz yol tikintisində də var. Bir də görürsən ki, istirahət vaxtı, turizm axını olanda yolları təmir etməyə başlayırlar. Gediş-gəliş çətinləşir, problemlər yaranır. İndi bunun da yəqin ki, müəyyən obyektiv və subyektiv səbəbləri var. Əlbəttə ki, hər hansı bir təmir, tikinti işləri elə planlaşdırılmalıdır, həyata keçirilməlidir ki, bu nə tədris proseslərinə, nə insanların digər sosial vəziyyətinə təsir göstərməsin. Amma neyniyək ki, belə hallar var. Artıq bu məsələni gündəmə gətiribsiniz. Şübhəsiz ki, bundan nəticə çıxaracaqlar. Hər hansı bir təmirin həyata keçirilməsində vəsait ayrılır və vəsaitə müvafiq qrafik tərtib olunur, o qrafikə uyğun da həmin obyektin təmiri başa çatdırılmalıdır. Amma təəssüf ki, belə hallar, uzanmalar, ləngimələr var. Yerli orqanlar, icra hakimiyyəti, Təhsil Nazirliyi var. Bu orqanlar bu məsələni diqqət mərkəzinə gətirməlidirlər. Əlbəttə ki, qışın günüdə açıq havada dərs keçmək doğru deyil. Yəqin ki, məsələ diqqət mərkəzində olar. Bu araşadırılmalıdır. Yaranan problemin üstünə gedilməlidir ki, niyə bu, hadisə baş verib? Niyə bu gecikmələr var? Bu maliyyəyə aiddir, yoxsa sadəcə məsuliyyətsizliklə bağlıdır? Bu məsələlər araşdırılmalıdır. İndi mən konkret deyə bilmərəm ki, nə baş verib. Amma bu məsələ araşdırılmalı, əgər orada hər hansı bir səhlankarlıq, məsuliyyətsiz münasibət varsa, təmiri həyat keçirən təşkilatların rəhbərləri cəzalanadırılmalıdır, müvafiq tədbirlər həyata keçririlməlidir. Çünki təhsil elə bir şeydir ki, burada şərait, mühit yaradılmalıdır. Lazımi mühit olmadan təhsilin hansı keyfiyyətindən danışa bilərik? Ona görə, bu məsələnin üstünə gedilməlidir. O səbəblər araşdırılmalıdır. Bu hadisəyə səbəb olanlar mütləq cəzalandırılmalıdır və bu məsələ mütəq ictimailəşdirilməlidir ki, digərlərinə də dərs olsun”.

Təhsil Nazirliyi ilə əlaqə saxlayıb, Kürsəngi kənd orta məktəbində təmir işlərinin nə yerdə oluğunu öyrənmək məqsədilə nazirliyin saytında yerləşdirilən nömrəyə zəng etsək də, daxili nömrə tələb olunduğu üçün əlaqə yarada bilmədik.

 

Mənbə: Hurriyyet.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR