Dərc edildi: Baxış sayı: 301
Azərbaycanda 9 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 9 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar dekabrın 30-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət