Azərbaycanda 9 bankın nağd vəsaitləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il yanvarın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 13-də müsbət, 9-da isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, nağd vəsaitlərini artırmış banklar "Azərbaycan Sənaye Bankı", "NBC Bank", "Naxçıvan Bank", "AGBank", "Access Bank", "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Nikoyl Bank", "Amrah Bank", "Xalq Bank", "Bank VTB Azərbaycan", "Yapı Kredi Bank Azərbaycan" və "Muğan Bank"dır. Ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (2 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (4,4%) qeydə alınıb.
İl ərzində nağd vəsaitləri azalmış 9 bank arasında isə ən kəskin azalma "Bank BTB"də (33,9%), ən yumşaq azalma isə "Premium Bank"da (5,5%) baş verib.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət