Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər nəql edilib

Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər nəql edilib
Sakura

Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər nəql edilib

“Son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub”.

ONA-nın xəbərinə görə, bunu baş nefroloq Fariz Babayev deyib.

O bildirib ki, Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır: “2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.

F. Babayev ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artırıldığını bildirib. O qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır, "Orqanların köçürülməsi haqqında" yeni qanun layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR