Dərc edildi: Baxış sayı: 579
Azərbaycanda 7 ayda 156 milyon manatlıq elektrik avadanlıqları istehsal olunub
Bu ilin yanvar-iyul aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 156,4 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, hesabat dövründə əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 10,7 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 3 dəfə artıb. Ötən ilin müvafiq ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 3,1 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,7 dəfə artıb, məişət soyuducularının istehsalı isə 35 faiz azalıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət