Dərc edildi: Baxış sayı: 975
Azərbaycanda 65 yaşdan yuxarı şəxslər vaksinasiya üçün SMS-lə çağırılacaqlar
Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq.
Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.
Ens.az xəbər verir ki,bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət