Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 500-ə yaxın itirilən sənəd poçtla sahiblərinə çatdırıb

Azərbaycanda 500-ə yaxın itirilən sənəd poçtla sahiblərinə çatdırıb
Sakura

Azərbaycanda 500-ə yaxın itirilən sənəd poçtla sahiblərinə çatdırıb

"Azərpoçt" MMC-nin "Poçtap" xidmətində indiyədək 1 623 itirilən sənəd qeydə alınıb.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, qeydiyyata alınan sənədlərin 483-ü sahiblərinə çatdırılıb, 1 128-i isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 12-si "Azərpoçt"un filial və şöbələrində saxlanılır.

Qeyd edək ki, itirilmiş sənədlər "Poçtap" sistemində 30 gün saxlanıla bilər və bu dövrdən sonra müvafiq strukturlara göndərilməlidir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilən sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. İtirilən sənədlər barədə məlumatı pochtap.az saytından əldə etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR