Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub
Sakura

Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub

Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. 

Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafına çox böyük önəm verir. Dövlətin təhsilə ayırdığı vəsaitin həcmi ildən-ilə artır, bu, dövlətin insan kapitalına qiymətinin təzahürüdür.

Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

ident mütəmadi olaraq ölkədə təhsil komplekslərinin açılışında iştirak edir. Bu gün də Prezident İlham Əliyev Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib.

Ens.az xəbər verirki,təhsil eksperti Elçin Süleymanov Oxu.Az-a son illər təhsil sahəsində görülən işlər barədə danışıb.

O bildirib ki, Azərbaycanda son illərdə təhsil infrastrukturunun artirilmasi istiqamətində çox əhəmiyyətli işlər görülüb:

“Xüsusi ilə 2005-2014-cü illər ərzində “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilməsi  “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunması əhəmiyyətli addım idi. Eyni zamanda,  “Təhsilə dəstək” layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. 2020-2021 tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan səkkizi yeni tikilən, beşi əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir”.

Ekspert qeyd edib ki, 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək ki, onların da 60-ı modul tipli məktəbdir:

“Şagirdləri az olan bölgələrdə modul tipli məktəblər tikilməklə, çeviklik və əhatəliyə daha yaxşı nail olunub. Elə bir həftə ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən üç təhsil müəssisəsinin açılışının olması - UNEC-in 3 saylı tədris korpusunun və ADA-nın iki yeni tədris binasının, eyni zamanda 251 nömrəli tam orta məktəbin təmirdən sonra açılması Azərbaycanda təhsilə verilən qiymətin bariz göstəricisidir. Hazırda Azərbaycanda 4500 təhsil müəssisəsinin 80 faizinə yaxını ya yenidir, ya da əsaslı təmir olunub. Bu çox böyük göstəricidir.

Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən  işlər ardıcıl xarakter daşıyır. Bunun məntiqi davamı olaraq hər il keçirilən qəbul imtahanlarında şagirdlərin göstəriciləri artmaqdadır. Eyni zamanda, məktəblilərimiz beynəlxalq olimpiyadalarda daha yaxşı nəticələr göstərməktədir”.

Bütün bunlar  göstərir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.

Son olaraq ölkədə açılışı olan məktəblər və gələcəkdə istifadəyə verilməis nəzərdə tutulan təhsil müəssisələri barədə statistikanı təqdim edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR