Azərbaycanda 4-cü doza tələbi nə vaxt olacaq?
Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər.
Ens.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.
Həkimin fikrincə, 3 doza vaksin effektiv spesifik immun cavabın formalaşması üçün yetərlidir:
“Lakin bəzən növbəti dozanın tətbiqinə də ehtiyac yarana bilər. Bu da fərdin orqanizminin vəziyyəti, risk faktorları nəzərə alınaraq təyin olunur”.
Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxmaların sürətlə artmasının əsas səbəbi hazırda yayılmaqda olan hiper-kontaqioz xüsusiyyətli Omikron variantıdır.
Həkim deyib ki, qarşıdakı bir neçə həftə ərzində yoluxmaların sayında artım davam edəcək.
Qeyd edək ki, hazırda İsrail vətəndaşlarına 4-cü dozanı tətbiq edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət