Dərc edildi: Baxış sayı: 395
Azərbaycanda 4 000 manat maaş alan kimlərdir?
2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3714,9 manat, qeyri neft-qaz sektorunda 860,0 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət