Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 30 yaşından yuxarı insanlar ən çox bu xəstəlikdən ölür - Səbəbi

Azərbaycanda 30 yaşından yuxarı insanlar ən çox bu xəstəlikdən ölür - Səbəbi
Sakura

Azərbaycanda 30 yaşından yuxarı insanlar ən çox bu xəstəlikdən ölür - Səbəbi

Son günlər 30 yaşdan yuxarı insanlarda yüksək təzyiq olması ilə bağlı həkim həyəcan təbili çalır. Məlumata görə, bu yaşdan yuxarı insanların ölüm səbəbləri arasında ən çoxu yüksək təzyiq dayanır.
 
Bəs qan təzyiqinin yüksək olması hansı fəsadlara yol açır?
 
AZXEBER.COM xəbər verir ki, terapevt Ramil Həsənli Lent.az -a bildirib ki, yüksək qan təzyiqi çox ciddi problemdir:
 
"Yüksək təzyiqin səbəbləri 95 faiz halda bəlli olmur. Lakin daha çox ailəsində və ya yaxın qohumlarında yüksək təzyiq olan insanlarda genetik təzyiq problemi yaşanır. Sonradan qazanılma təzyiqlər də var. Məsələn, artıq çəki problemi yaşayanlar, siqaret çəkənlər, spirtli içki istifadəçiləri, günün çox hissəsini oturaq həyat keçirənlər və digərləri təzyiqdən əziyyət çəkə bilərlər. Bundan başqa, qida rasionundan da çox şey asılıdır. Duzlu qidalar, turşular və s. təzyiqin yüksəlməsinə meyllilik yaradır. Yüksək təzyiqin qarşısını almaq üçün qidalarımıza da fikir verməliyik. Duzlu yeməklərdən, yağlı qidalardan, şirniyyatlardan və un məmulatlarından az istifadə etmək məsləhətdir. Çox yağlı yeyən insanlarda, heyvani yağlar damar divarlarında xolesterinin çoxalmasına gətirib çıxarır. Xolesterinlərdə tromblar əmələ gətirir ki, bunlar damar divarının mənfəzini kiçildir və bu zaman təzyiq yüksəlir. Yüksək təzyiqin qarşısını almaq üçün qida rasionuna diqqət edilməli, spirtli içkidən, siqaretdən uzaq durmaq məsləhətdir. Amma təzyiq genetik faktordursa, bunun qarşısı alına bilməz. Yalnız qidaya diqqət edərək və hansısa dərman preparatından istifadə edirsə, dərmanlarını vaxtı-vaxtında qəbul edərək təzyiqini normadsaxlamalıdır. Çünki yüksək təzyiq insanı şoka sala bilər və ya ölümlə nəticələnə bilər".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR