Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb

Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb
Sakura

Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi açıqlanıb

"Azərbaycanda insanlar arasında qeyri-yoluxucu xəstəliklərdən ən geniş yayılanı hipertoniyadır (qan təzyiqinin yüksəlməsi). Bu da nəticədə insanlarda insult və ürək qan-damar xəstəliklərinə səbəb olur".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, növbəti sırada şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləri gəlir: "Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir. Qeyri-yoluxucu xəstəliklər,  adətən, genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, hava kirliliyi, spirtli içkilərin zərərli istifadəsi, qeyri-sağlam pəhriz qeyri-yoluxucu xəstəliklərdən əziyyət çəkən insanların sayında artıma səbəb olur".

H.Harmançı vurğulayıb ki, Avropada ölümlərin, təxminən, 90%-ni təşkil edən qeyri-yoluxucu xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinə, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir: "Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişir. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR