Azərbaycanda 2250 məscid var
Azərbaycan ərazisində 2250 məscid mövcuddur, bunlardan 136-sı Bakı şəhərində yerləşir. Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Bundan başaqa ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Həmçinin ölkə hüdudlarında 748 pir və ziyarətgah qeydə alınıb ki, onlardan da 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.
Komitədən bildirilib ki, Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib.
Komitənin açıqlamasına görə, bu dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.
2017-ci ildə dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb və bu təhsil müəssisələri artıq mədrəsə yox, kollec adlandırılır.
Mənbə: Amerikanın Səsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət