Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda 2022-ci ildə əsas kapitala investisiyalar 19 mlrd. manatı keçəcək

Azərbaycanda 2022-ci ildə əsas kapitala investisiyalar 19 mlrd. manatı keçəcək
Sakura

Azərbaycanda 2022-ci ildə əsas kapitala investisiyalar 19 mlrd. manatı keçəcək

Azərbaycanda 2020-2022-ci illərdə əsas kapitala yönəldiləcək ümumi investisiyalarla bağlı proqnozlar açıqlanıb.

Report” xəbər verir ki, 2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2019-cu il ilə müqayisədə 2020-ci ildə əsas kapitala cəmi investisiyalarda real artım tempi 2,3% olacaq. Belə ki, 2020-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18 mlrd. 440,4 mln. manat yönəldiləcək. Bu vəsaitin 12 mlrd. 81,1 mln. manat daxili investisiyanın, mlrd. 359,3 mln. manat xarici investisiyanın payına düşəcək. Hesabat dövründə neft sektorunda əsas kapitala investisiyalar mlrd. 166 mln. manat, digər sahələrə 10 mlrd. 274,4 mln. manat səviyyəsində proqnozlaşdırılır.

2021-ci ildə əsas kapitala investisiyalar 1,6% azalaraq 18 mlrd. 289,2 mln. manat təşkil edəcək ki, bunun da 13 mlrd. 119,8 mln. manat daxili investisiyanın, mlrd. 169,4 mln. manat xarici investisiyanın payına düşəcək. Hesabat dövründə neft sektorunda əsas kapitala investisiyalar mlrd. 620,2 mln. manat, digər sahələrə 12 mlrd. 669 mln. manat səviyyəsində gözlənilir.

2022-ci ildə isə əsas kapitala investisiyalarda real artım tempi 3,6% olmaqla 19 mlrd. 85,6 mln. manat təşkil edəcək ki, bunun da 13 mlrd. 488,6 mln. manat daxili investisiyanın, mlrd. 597 mln. manat xarici investisiyanın payına düşəcək. Hesabat dövründə neft sektorunda əsas kapitala investisiyalar mlrd. 909,9 mln. manat, digər sahələrə 13 mlrd. 175,6 mln. manat səviyyəsində proqnozlaşdırılır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR