Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda 2017-ci ildə nə qədər bal istehsal edilib?

Azərbaycanda 2017-ci ildə nə qədər bal istehsal edilib?
Sakura

Azərbaycanda 2017-ci ildə nə qədər bal istehsal edilib?

2017-ci ildə Azərbaycanda 3000 ton bal istehsal edilib.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Assosiasiya sədri qeyd edib ki, ötən il ölkədə 5000 ton bal istehlak olunub: "Hazırda daxili istehsal Azərbaycanda bala olan tələbatın 60 faizini təmin edir. Qalan həcmi xaricdən idxal edirik".

B.Həsrətovun sözlərinə görə, hazırda ölkədə 300 min arı ailəsi var.

O bildirib ki, 2017-ci ildə Azərbaycanda arı ailəsinin sayı 2016-cı illə müqayisədə 50 min artıb: "Biz ötən ili 250 min arı ailəsi ilə başlamışdıq. Qış mövsümündən sonra 80 minə yaxın ailə itirdik, amma il ərzində həmin sayı bərpa etdik və arı ailələrinin sayını artırdıq. Ölkənin potensialını nəzərə alaraq, biz arı ailələrinin sayını 700 minə çatdırmağı planlaşdırırıq. Bu, bizə bal idxalından asılılığı tamamilə aradan qaldırmağa və ixrac coğrafiyasını artırmağa imkan verəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR