Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 20 rayonda tibbi sığorta başlayıb

Azərbaycanda 20 rayonda tibbi sığorta başlayıb
Sakura

Azərbaycanda 20 rayonda tibbi sığorta başlayıb

2020-ci il yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılır.

Virtualaz.org xəbər verir ki, icbari tibbi sığorta yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının ərazisində və 20 rayonda (Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir) tətbiq olunacaq. Hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 2020-ci il yanvarın 1-dən başlanılır. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.

2017-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib.

Yanvarın 1-də qüvvəyə minən qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq.

İcbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq.

İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulacaq. Belə ki, bu rayonlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortadan yararlanacaq.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Şirvan şəhəri, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR