Azərbaycanda 17 nəfərin koronavirusa yoluxduğu kənddən xəbər var
Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun olaraq ötən həftə beş şəhər və rayonda ciddi karantin rejimi tətbiq edilmişdi.
Baku TV xəbər verir ki, son günlər virusa yoluxanların sayının çox olduğu rayonlar da bu siyahıya daxil edildi.
Kürdəmirdə də yoluxma çox olduğundan bu siyahıda yer alıb.
Həftəsonu tətbiq ediləcək ciddi karantinlə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür. Əhali ilə söhbətlər aparılır.
Rayon İcra Hakimiyyətinin rəsmisi Ağali Kərimli ən çox yoluxma qeydə alınan Sığırlı kəndindəki hazırkı vəziyyətin necə olduğuna aydınlıq gətirdi.
Onun sözlərinə görə, kənddə son iki həftədə yoluxma halı qeydə alınmayıb.
Ətraflı videonu təqdim edirik:
Xatırladaq ki, Sığırlı kəndində 17 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınmışdı.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət