Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir

Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir
Sakura

Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir

“Bugünkü iclasda iki ölkə arasında energetika, kənd təsərrüfatı, sənaye, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, turizm, sosial və s. sahələrdə əməkdaşlıq imkanları müzakirə edilir”.

Report” xəbər verir ki, bunu Bakıda keçirilən Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun 8-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.

“Almaniyanın bu sahələri təmsil edən bir sıra mütəxəssisləri, dövlət qurumlarının nümayəndələri Azərbaycana səfər edirlər. Bu səfərlərdə əməkdaşlıq üçün növbəti addımlar müəyyənləşdirilir. Ötən ilin yekunlarına görə, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1,44 mlrd. ABŞ dolları təşkil edir. İnvestisiyalar sahəsində də əməkdaşlıq kifayət qədər genişdir. Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 570 mln. dollardan çox sərmayə qoyub. İnvestisiyaların əksəriyyəti qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif dövlət layihələrində podratçı kimi iştirak edirlər", - o qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR