Dərc edildi: Baxış sayı: 1426
Çinin Şanxay Xarici Dillərin Tədrisi Nəşriyyatında Azərbaycanca-ingiliscə-Çincə şəkilli lüğət çapdan…
Çinin Şanxay Xarici Dillərin Tədrisi Nəşriyyatında Azərbaycanca-ingiliscə-Çincə şəkilli lüğət çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Bir kəmər, bir yol” ictimai-mədəni çoxdilli lüğətlər” silsiləsindən Almaniyanın PONS nəşriyyatı ilə birgə çap olunan lüğətə hər dilə aid 13 əsas mövzu üzrə 6250, ümumilikdə, 18750 söz və ifadə daxil edilib. Lüğətin tərtibçi-tərcüməçisi Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru Aqşin Əliyevdir.
Lüğət orta məktəb şagirdləri və tələbələr üçün nəzərdə tutulub. Sözlərin düzgün tələffüzünü təmin etmək üçün onların fonetik transkripsiyası da verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət