Slimfit
  1. CƏMİYYƏT

Azərbaycana qayıtmaq üçün ən çox bu ölkələrdən müraciət edirlər - RƏSMİ

Azərbaycana qayıtmaq üçün ən çox bu ölkələrdən müraciət edirlər - RƏSMİ
Sakura

Azərbaycana qayıtmaq üçün ən çox bu ölkələrdən müraciət edirlər - RƏSMİ

“Azərbaycana qayıtmaq üçün ən çox Rusiya və Türkiyədən müraciət edilir”.

Ens.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, mayın 1-dən indiyədək Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi daxil olub və cavablandırılıb: 

“Vətəndaşlara mümkün qədər olduqları ölkələrdə qalmaq tövsiyə edilib. Çünki səfər zamanı yoluxma riski artır. Eyni zamanda, çoxsaylı təxliyyə planları da həyata keçirilib. Təxliyyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir”.

“Hazırda 60 ölkədə azərbaycanlılar var, onlar geri qayıtmaq üçün müraciət ediblər. Rusiya və Türkiyədən müraciətlər daha çoxdur”, - deyə o qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR