Slimfit
  1. CƏMİYYƏT

Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
Sakura

Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin yük yerində olan çantanın içərisindən 3 qutu "Methandienone 100", 20 qutu "Stanozolol 50 mg", 18 qutu "Enandrol 250 mg", 50 qutu "Propandrol 100 mg", 24 qutu "Sustamed 250 mg", 20 flakon "Nandroged 200 mg", 10 flakon "Dianoged 50 mg", 24 flakon "Sustoged 250 mg", hər birində 30 həb olmaqla 60 konvalyut "Oxanarol 10 mg", hər birində 25 həb olmaqla 57 konvalyut "Clenbuterol", hər birində 25 həb olmaqla 80 konvalyut "Turinarol 10 mg", hər birində 50 həb olmaqla 60 konvalyut "Turhoged 10 mg", hər birində 25 həb olmaqla 80 konvalyut "Winstrol 10 mg" dərman preparatları və 30 ədəd üzərində "Turhohed" yazılan boş dərman qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR