Azərbaycana payız fəsli nə vaxt gəlir?
Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq: "Bu il qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq".
Onun sözlərinə görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək: "Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində payız mövsümü başlayır".
Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət