Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycana milyardlar qazandıracaq layihə işə düşür

Azərbaycana milyardlar qazandıracaq layihə işə düşür
Sakura

Azərbaycana milyardlar qazandıracaq layihə işə düşür

Ümumilikdə, nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometrdir

Rusiya, Hindistan və İran noyabr ayında Beynəlxalq Nəqliyyat Dəhlizi "Şimal – Cənub"u işə salır. Bu barədə Sputnik Azərbaycan İranın "Press TV" telekanalına istinadən xəbər verir.

Ümumilikdə, nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometrdir. Yeni layihədə həm dəmiryolu, həm də su nəqliyyatından istifadə olunacaq. Mallar Hindistandan İranın Bəndər-Abbas limanına gətiriləcək, daha sonra Bəndər-Ənzəlidən Xəzər sahillərinə, Azərbaycana yola salınacaq. Buradan dəniz yolu ilə Həştərxana, oradan isə dəmir yolu ilə Avropaya yola salınacaq.

Dəhliz Süveyş kanalının daha ucuz və qısa alternativi olacaq. Belə ki, yeni nəqliyyat dəhlizində daşımların zamanı və qiyməti 30-40% azalacaq. Məsələn, Süveyş kanalı ilə müqayisədə məhsullar Mumbaydan Moskvaya "Şimal – Cənub" dəhlizi ilə 20 gün daha tez gələcək. Bundan əlavə, yeni yolla il ərzində 20-30 min yükün daşınması planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Hindistanın ticarət və sənaye naziri Sureş Prabhu dəhlizin mümkün qədər tez bir zamanda işə salınmasına çalışdıqlarını bildirib. Yeni dəhliz üzrə test daşımaları ilk dəfə 2014-cü ildə baş tutub.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR