Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycana hansı ölkədən rüsumsuz mal gətirmək olar?

Azərbaycana hansı ölkədən rüsumsuz mal gətirmək olar?
Sakura

Azərbaycana hansı ölkədən rüsumsuz mal gətirmək olar?

Azərbaycanın xarici ticarət əlaqələri genişləndikcə getdikcə daha çox iş adamı və şirkət idxal-ixrac münasibətlərinə qoşulur. FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bu ilin iyun ayına olan məlumatına görə, Azərbaycan 167 ölkə ilə ticarət aparır. Xarici ticarətlə məşğul olan şəxslərin sayı isə 12 203-dür. Bunlardan 7 min 23-ü hüquqi şəxs, 5 180-i isə fiziki şəxslərdir.

Azərbaycana ən çox malların idxal olunduğu ölkələr isə Rusiya (ümumi dövriyyənin 16,9%-i), Türkiyə (16,5%), Çin (10,4%), Almaniya (7,3%), ABŞ-dır (4,8%).

Azərbaycanın qoşulduğu müqavilələrə əsasən, bəzi ölkələrdən gətirilən mallardan idxal rüsumu tutulmur. FED.az-ın Dövlət Gömürük Komitəsindən aldığı məlumata görə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Qazaxstan və Belorusiya Respublikası Hökumətləri ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış azad ticarət sazişlərinə uyğun olaraq həmin ölkələrdən gətirilən mallardan idxal rüsumu alınmır.

Xatırladaq ki, malların növüundən asılı olaran Azərbaycana gətirilən mallar üçün idxal rüsumlarının dərəcəsi 0%, 5% və 15% arasında dəyişir.

Qeyd edək ki, bu vəziyyət Azərbaycanla iri ticarət dövriyyəsinə malk olan bəzi ölkələrin, xüsusilə Türk iş adamlarının narazılığına səbəb olur. Səbəbi odur ki, idcal rüsumunun tutulmaması  səbəbindən Türkiyədən gətirilən mallar digər ölkələrdən, o cümlədən Rusiyadan Azərbaycana gətirilən analoji məhullarla müqayisədə rəqabət qabiliyyəti azalır.
Bu məsələnin qaldıılmasından sonra bir qədər əvvəl iki ölkə arasında analoji müqavilənin hazırlanmasına başlanılması haqqında müqavilə imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR