Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycana gələn xarici vətəndaşların bu il bank kartları ilə apardıqları əməliyyatların dəyəri 725 milyon manatı ötüb

Azərbaycana gələn xarici vətəndaşların bu il bank kartları ilə apardıqları əməliyyatların dəyəri 725 milyon manatı ötüb
Sakura

Azərbaycana gələn xarici vətəndaşların bu il bank kartları ilə apardıqları əməliyyatların dəyəri 725…

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

Bildirilir ki, bu ilin iyul ayında ölkəyə gələn xarici vətəndaşların sayının 10,6% artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib.

“Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb. Ümumilikdə isə cari ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR