Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardığı əməliyyatların dəyəri 4% azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 mln. və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında ölkəyə gələn xarici vətəndaşların sayı 24,7% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 104,7 mln. manat təşkil edib.
"Ümumilikdə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1,074 mlrd. manat təşkil edib", - deyə R. Hüseyn qeyd edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 4% azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət