Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycana ət idxalı artıb

Azərbaycana ət idxalı artıb
Sakura

Azərbaycana ət idxalı artıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63 652 min ABŞ dolları dəyərində 43 262 ton ət və qida üçün yararlı ət əlavələri idxal olunub.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, miqdar ifadəsində isə 16,3% artıb. 

Belə ki, 2018-ci ilin ilk on bir ayı ərzində ət idxalı ölkənin ümumi idxalının cəmi 0,62%-ni əhatə edib. 

Məlumata əsasən, bu müddətdə ölkədən 1 029 min dollar dəyərində ət və qida üçün yararlı ət əlavələrinin ixracı həyata keçirilib. Bu isə ölkə üzrə cəmi ixracın 0,01%-ni təşkil edib. 

Hesabat dövründə ölkəyə 51 945 min dollar dəyərində diri heyvan idxal olunub, ixrac isə bu müddətdə cəmi 386 min dollar təşkil edib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR