Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz siyahısı
Bu barədə “Ölkə.Az”a məlumatı tarixçi-alim Əkbər Nəcəf verib.
Bərdəyə gələn Xəzər xaqanının qızının cehizinin şöhrəti İslam dünyasında uzun əsrlər unudulmadı. Əl-Kufinin əsərində yer alan gəlinin cehizi haqqındakı qısa məlumat belə insanı heyrətləndirir. Müəllif Azərbaycana göndərilən Xəzər gəlininin cehizini belə təsvir edir:
“Xatun təntənə ilə xəzərlərin ölkəsindən İslam ölkəsinə yola düşdü. Onu qohumlarından 10.000 Xəzər müşayiət edirdi. Ona 4000 əla madyan, 1000 qatır, 1000 qul, 10.000 Xəzəri cinsindən olan alçaq dəvə, 1000 baş Türki cinsindən olan iki hörküclü dəvə, 20.000 baş qoyun, qapıları və üstü qızıl və gümüş lövhələrdən düzəldilmiş, içərisinə samur xəzi döşənmiş və ipək çəkilmiş 10 araba, qızıl və gümüş əşyalar, qab-qacaq və başqa şeylər yüklənmiş 20 araba qoşulmuşdu”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət