Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycana “Donuz qrip”li məhsulların gətirilməsi iddiasına rəsmi açıqlama

Azərbaycana “Donuz qrip”li məhsulların gətirilməsi iddiasına rəsmi açıqlama
Sakura

Azərbaycana “Donuz qrip”li məhsulların gətirilməsi iddiasına rəsmi açıqlama

Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini gündəmə gətirib.


BAKU.WS xəbər verir ki, xarici mətbuatda yayılan informasiyalara görə, qonşu ölkədə həmin virusdan ölənlərin sayı 10 nəfəri keçib.

 

Nəzərə alsaq ki, Gürcüstandan ölkəmizə qida məhsulları, meyvə-tərəvəz göndərilir, həmin virusun Azərbaycana da keçməsinə böyük ehtimal var.

 

Bəs bunun qarşısını almaq üçün hansı tədbirlər görülür? Suala cavab tapmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda vəziyyətə uyğun addımlar atılır.

“H1N1 virusunun (donuz qripi) qonşu ölkələrdə yayılması ilə bağlı BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı müvafiq qaydada məlumat yayımlamayıb.

Eyni zamanda, Gürcüstan ilə sıx əməkdaşlığımız var və bu ölkədən xəstəlik barədə hər hansı məlumat daxil olmayıb. H1N1 virusunun yayılması təhlükəsi ilə bağlı məlumat daxil olarsa Agentlik tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun addımlar atılacaq”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, həkimlər virusun ölkəmizdə yayılması ilə bağlı vəziyyətin nəzarətdə olduğunu bildirmişdi. Bu barədə “Azərbaycan üçün böyük təhlükə - Özünüzü qoruyun” adlı xəbərdə ətraflı məlumat ala bilərsiz.

Xatırladaq ki, 2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırmışdı. Bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatına əsasən məlumat verilmişdi. Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3 faizə bərabər olub. Qonşu ölkədən Azərbaycana əsasən meyvə-tərəvəz, xüsusilə kartof gətirilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR