Dərc edildi: Baxış sayı: 1239
Azərbaycana dəstək verdiyi üçün həbs edildi
Oktyabrın 18-də Təbrizdə Azərbaycan Ordusuna dəstək və İran-Ermənistan sərhədindəki Nurduz gömrük-məntəqəsinin bağlanması tələbilə keçirilmiş aksiyada iştirak edən güney azərbaycanlı milli- mədəni fəal Süleyman Əlizadə həbs edilib.
Teleqraf.com xəbər verir ki, fəal həmin gün İran polisi tərəfindən fiziki zorakılığa məruz qalaraq həbs edilib və naməlum istiqamətdə aparılıb.
Fəalın harada saxlanılması barədə ailəsinə məlumat verilməyib.
Əlavə edək ki, sözügedən aksiyada iştirak etmiş 100-ə yaxın güney azərbaycanlı fəal İran polisi tərəfindən həbs edilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət