Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycana daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı məhdudiyyət ləğv edilə bilər

Azərbaycana daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı məhdudiyyət ləğv edilə bilər
Sakura

Azərbaycana daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı məhdudiyyət ləğv edilə…

“Azərbaycana daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı gömrük qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətin ləğvi nəzərdə tutulur”. 

Report"un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə bildirib. 

Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydaya görə, Azərbaycana daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, Azərbaycanı tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində ölkəyə geri qayıtmalıdır. 

"Turizmin inkişafına dəstək məqsədi ilə bu müddətin ləğv edilməsi üçün gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub. Müvafiq təklif artıq hökumətə göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır”, - DGK rəsmisi qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR