Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycana daha bir yük təyyarəsi gətirilib

Azərbaycana daha bir yük təyyarəsi gətirilib
Sakura

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil…

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olub. 

Bu barədə “Report”a Şirkətdən məlumat verilib.

Məlumata görə, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir.

Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR